Qurban Qurbanov Dortmundda 4-11 sentyabrda olacaq

single-news
25 Avq 2011

Qurban Qurbanov Dortmundda 4-11 sentyabrda olacaq



`Qarabağ`ımızın baş məşqçisi Qurban Qurbanov Almaniyaya yollanacaq. Komandamızın çalışdırıcısı Dortmundun `Borussiya`sında təcrübə mübadiləsindən yararlanacaq. Sentyabrın 4-11 arasında baş tutacaq səfər zamanı baş məşqçimiz sonuncu Almaniya çempionunun məşqlərini izləyəcək, infrastrukturuyla tanış olacaq. Qurban bəyin eyni zamanda  `Borussiya`nın çalışdırıcısı Yurgen Kloppla görüşü də nəzərdə tutulub. Sentyabrın 11-i geri dönəcək çalışdırıcımızın `Sumqayıt-şəhər`lə premyerliqada baş tutacaq oyuna yetişəcəyi gözlənilir.
Xatırladaq ki, bu komandamızın baş məşqçisinin ilk belə səfəri deyil. Qurban müəllim 2010-cu ilin yanvar ayında `Qalatasaray`ın düşərgəsinə yollanmış və `sarı-qırmızı`ların o vaxtki baş məşqçisi Frank Raykardla görüşmüşdü.

Paylaş

// pop up