Qurban Qurbanov: "Əfsuslar olsun ki, məğlub olduq"

single-news
13 Avq 2019

Qurban Qurbanov: "Əfsuslar olsun ki, məğlub olduq"



"Qarabağ"ımız Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçında Kiprin APOEL klubunu 0:2 hesabıyla məğlub olub. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:

"Əfsuslar olsun ki, məğlub olduq. Qələbə qazanmağı çox istəyirdik. Son vaxtlar futbolda daha çox düşünmədiyin hadisələr oldu. Rəqibin bir penaltisini, bir də həmin qol epizodunu xatırlayıram. Baxmayaraq ki, məğlub olduq, futbolçularıma təşəkkür edirəm. Oyunun gedişatında həyəcan var idi, bu da normaldı. Çox istəyirdik ki, pley-offa çıxaq. Ancaq alınmadı. Bəzən həddən artıq zəif oynayıb məğlub olursan, bəzən də üstünlük olur, ancaq istədiyin nəticəni qazana bilmirsən. Bu futboldu. Azarkeşlərimizi üzgün yola saldığımıza görə təəssüflənirəm. Onların hər birinə təşəkkür edirəm".

Paylaş