Qurban Qurbanov: "Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq"

single-news
28 Noy 2018

Qurban Qurbanov: "Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq"



Avropa Liqasının qrup mərhələsinin V turunda "Qarabağ"ımız sabah Portuqaliyanın "Sportinq" klubunu qəbul edəcək. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyun haqda fikirlərini bildirib:

 

"Öz oyunumuz və mübarizəmizlə sabah sizi və azarkeşləri sevindirmək istəyirik. “Sportinq”də baş məşqçi dəyişikliyi olub. Adətən bu cür hallarda komanda daha istəkli olur. Öz meydanınmızda oynadığımızdan daha fəal olmalıyıq. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq".

 

Qapıçımız Hannes Halldorsson da sabahkı oyun haqda danışıb:

“Sportinq” böyük komandadır. Bizim üçün vacib oyundur. Qalib gəlsək, şanslarımızı saxlamış olacağıq. Bu möhtəşəm stadionda oynamaq bizim üçün hər zaman xoşdur. Qrupdan çıxa bilərik. Düşünürəm ki, hər şey mümkündür. Sabah qələbə qazansaq, irəliyə doğru böyük addım atmış olacağıq. İnanıram ki, biz bunu bacaracağıq”.

 

Paylaş