Qurban Qurbanov əməkdar məşqçi oldu
17 Okt 2011
Qurban Qurbanov əməkdar məşqçi oldu
`Qarabağ`ımızın baş məşqçisi mükafata layiq görülüb. Komandamızın gənc çalışdırıcısı Qurban Qurbanov Azərbaycan Respublikasının `əməkdaş məşqçi`si fəxri fərmanı ilə təltif edilib. `Rəvan` - `Qarabağ` matçöncəsi Azərbaycan İdman və Gənclər nazirliyinin futbol şöbəsinin müdiri Nüvər Xasıyev Qurban Qurbanovu diplomla təltif etdi.
4 ildir məşqçiliyə başlamasına baxmayaraq artıq qazandığı nailiyyətlərlə ölkədə ən seçkin çalışdırıcılardan sayılan Qurban Qurbanov 4 ilin hər birində medal qazanıb: 2 bürünc, 1 gümüş və 1 ölkə kuboku. Qurban Qurbanov `Qarabağ`la eyni zamanda Avrokuboklarda Azərbaycanın ən yaxşı nəticələrini qazanıb. Son 3 ildə Avroliqada 10 mərhələ oynayan və 7 dəfə növbəti tura yüksələn `Qarabağ`ımızın baş məşqçisi məhz 39 yaşlı Qurbanov olub. Qurban Qurbanov indidən `Qarabağ`ı ən uzun müddətə çalışdıran məşqçi kimi tarixə düşüb.
Məşqçimizi təbrik edir, ona `Qarabağ`la daha böyük zirvələr fəth etməyi arzulayırıq.