Qurban Qurbanov: "Əsas odur ki, xallarımızın üzərinə xal gəldi"

24 Noy 2018
Qurban Qurbanov: "Əsas odur ki, xallarımızın üzərinə xal gəldi"
Bu gün Azərbaycan Premyer Liqasının XII turunda "Qarabağ"ımız Tofiq Bəhramov adına Respublika stadionunda "Sabah"la 1:1 hesablı heç-heçə edib. Oyunsonrası mətbuat konfransında baş məşqçimiz Qurban Qurbanov oyun haqda fikirlərini bildirib:
"Ağır oyun oldu. “Sabah” yaxşı müdafiə olundu. Futbolçular arasında anlaşma çətin idi. Milli oyunlarından sonra hər zaman belə olur. Əsas odur ki, xallarımızın üzərinə xal gəldi".