Qurban Qurbanov: "Əvvəlki oyunlara nisbətən daha hazırlıydıq"

single-news
28 İyn 2019

Qurban Qurbanov: "Əvvəlki oyunlara nisbətən daha hazırlıydıq"



AVstriyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ"ımız bu gün yoxlama oyununda Rusiyanın "Ufa" klubunu 2:1 hesabıyla məğlub edib. Komandamızın baş məşqçisi Qurban Qurbanov qarşılaşma haqda fikirlərini bildirib: 

"Pis oyun alınmadı. Bu gün daha az səhv etdik və əvvəlki oyunlara nisbətən daha hazırlıydıq. Əlbəttə ki, çatışmazlıqlarımız çoxdur, hələ tam istədiyimiz səviyyəyə çatmamışıq. Futbolçular çox məsuliyyətlə hazırlaşırlar. Qarşıdakı son yoxlama oyununa da ciddi hazırlaşacağıq ".

Paylaş