QURBAN QURBANOV FRANK RAYKAARDLA GÖRÜŞÜB (futbolpress.az)

single-news
11 Yan 2010

QURBAN QURBANOV FRANK RAYKAARDLA GÖRÜŞÜB (futbolpress.az)



"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun təcrübə artımı üçün "Qalatasaray"a getdiyi barədə xəbəriniz var. Artıq bir həftədi ki, Qurbanov ordadı.

Bu müddət ərzində İstanbul klubunun məşqlərini izləyən məşqçimiz həmçinin, bir neçə rəsmilərlə də görüşüb, müzakirələr aparıb. Dünən isə o, məşhur həmkarı Frank Raykaardla görüşüb. Onlar 15 dəqiqə söhbətləşiblər.

Bu haqda məlumat verən "Qarabağ"ın rəsmi saytı bildirir ki, Raykaard Qurbanovla səmimi söhbət edib, onun Azərbaycandan gəlməsini maraqla qarşılayıb. Sonda onlar xatirə şəkli çəkdiriblər.

Paylaş

// pop up