Qurban Qurbanov Frank Riykaardla görüşdü

11 Yan 2010
Qurban Qurbanov Frank Riykaardla görüşdü
Məlum olduğu kimi `Qarabağ`ımızın baş məşqçisi Qurban Qurbanov Türkiyənin dünyaca ünlü klubu `Qalatasaray`ın düşərgəsində olub. 1 həftə ərzində `Qalatasaray`ın məşqlərində iştirak edən komandamızın çaılışdırıcısı qardaş ölkədə maraqla qarşılanmışdır. Türk və islam dünyasının qüruru olan `Qalatasaray`ın həm futbolçu, həm də məşqçi kimi dünyanın ən məşhurlarından olan baş məşqçisi Frank Riykaard `Qarabağ`ımızın gənc və perspektivli çalışdırıcısı Qurban Qurbanovla görüşüb. Baş məşqçimizlə səmimi görüşən holland çalışdırıcı Qurban müəllimin Azərbaycandan gəlməsini maraqla qarşılayıb. Çalışıdrıcımızla 15 dəqiqə görüşən Riykaard sonda baş məşqçimizlə xatirə şəkli çəkdirib.