Qurban Qurbanov: “Futbolçular bunu bacardılar”

single-news
28 Apr 2024

Qurban Qurbanov: “Futbolçular bunu bacardılar”



Misli Premyer Liqasının XXXII turunun “Sumqayıt” – “Qarabağ” oyunundan (1:0) sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis matç barədə fikirlərini açıqlayıb:

 

“Sumqayıt”ı təbrik edirəm. Bu gözəl şəhərdə çox xoş təəssüratlar oldu. Yaxşı azarkeşlər, futbol atmosferi, stadionda əsl bayram oldu. Rəqibi təbrik edir və uğurlar arzulayıram. Pis oynamadıq. 90 dəqiqə ərzində sadəcə bir neçə əks-hücum imkanı verdik. Bunun da birindən rəqib çox yaxşı istifadə etdilər. Topa sahib olmaq, meydanda düzgün yerləşmək çox vacib idi ki, futbolçular bunu bacardılar. Bu gün uğur  “Sumqayıt”ın tərəfində idi. Yaxşı qol epizodlarımız oldu, istifadə edə bilmədik. Çox istərdik ki, oyunlar belə stadionlarda, belə atmosferdə keçsin. Futbolçular daha istəkli olurlar. Azarkeşlər üçün maraqlı görüş alındı. Mövsümün sonuna yaxın futbolçularda konsentrasiya bir az aşağıdır. Bunun olmaması üçün çalışırıq. Rəqib çox istəkli idi, həm oyunçular, həm də azarkeşlər”.

 

Paylaş