Qurban Qurbanov: "Futbolçular çox əziyyət çəkdi"

single-news
10 Noy 2019

Qurban Qurbanov: "Futbolçular çox əziyyət çəkdi"



"Qarabağ"ımız Azərbaycan Premyer Liqasının XI turunda "Zirə"ylə 1:1 hesablı heç-heçə edib. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:

 

"Çətin oyun oldu. Son vaxtlar həm psixoloji, həm fiziki yorğunluq var. Xallarımızın üstünə 1-i də gəldi. Heyətdə xeyli dəyişiklik etmişdik. Zədəli futbolçularımız çoxdu. Buna görə də risk etmədik. Futbolçular çox əziyyət çəkdi. Qələbə qazanmaq istəyirdik, 1 xal əldə etdik".

Paylaş