Qurban Qurbanov: "Futbolçular gözəl oyunla rəqibin qarşısını aldılar"

single-news
31 İyl 2019

Qurban Qurbanov: "Futbolçular gözəl oyunla rəqibin qarşısını aldılar"



Bu gün "Qarabağ"ımız Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında İrlandiyanın "Dundalk" klubunu 3:0 hesabıyla məğlub edib. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:

"Futbolçularımı təbrik edirəm. Bu gün çox güc sərf etdik. Ciddi hazırlaşmışdıq. Futbolçular bütün tapşırıqları yerinə yetirdilər. Gərgin oyun oldu. Bizə çox da uyğun olmayan rəqib idi. Rəqib çox xarakterli komanda idi. Matçdan öncə də iddialı danışırdılar. Futbolçular gözəl oyunla rəqibin qarşısını aldılar və qələbə ilə azarkeşləri sevindirdilər".

Paylaş