Qurban Qurbanov: "Futbolçular meydanda özlərini çox sərbəst hiss etdilər"
14 May 2021
Qurban Qurbanov: "Futbolçular meydanda özlərini çox sərbəst hiss etdilər"
Premyer Liqanın 27-ci turunda "Qarabağ" "Azərsun Arena"da "Keşlə"ni qəbul edib. Komandamızın baş məşqçisi Qurban Qurbanov 2:0 hesabı ilə qalib gəldiyimiz matçdan sonra mətbuat konfransında iştirak edib:
"Futbolçuları təbrik edirəm. Bu oyunlarda bir az soyuqqanlılıq və səbirli olmaq həddən artıq çox vacibdir. Futbolçular meydanda özlərini çox sərbəst hiss etdilər. Vacib amil o idi ki, hazırlaşdığımız kimi oynadıq. Əhəmiyyətli olan üç xalı qazandıq".
