Qurban Qurbanov: "Futbolçular oyuna tam hazırdır" - VİDEO

single-news
28 İyl 2021

Qurban Qurbanov: "Futbolçular oyuna tam hazırdır" - VİDEO



"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Konfrans Liqasının II təsnifat mərhələsində "Aşdod"la oyun öncəsi təşkil olunan mətbuat konfransında fikirlərini bildirib:

 

"Oyunun vacibliyini bilirik. Hər iki komanda istəklidir və qalib gəlmək istəyir. Meydanda ən yaxşısını etməyə və Bakıda keçirilmiş ilk matçdan daha diqqətli oynamağa çalışacağıq. Mütləq daha diqqətli olmalı və dəqiq oynamalıyıq. Bu rəqibə çox inam vermək olmaz. Topla daha tez davranmalıyıq. Heyətdə ciddi dəyişiklik baş verməyəcək. Komanda olaraq çox istəkliyik. Futbolçular oyuna tam hazırdır".

 

Paylaş

// pop up