Qurban Qurbanov: "Futbolçular oyuna tam hazırdırlar" - VİDEO

single-news
4 Avq 2021

Qurban Qurbanov: "Futbolçular oyuna tam hazırdırlar" - VİDEO



Komandamızın baş məşqçisi Qurban Qurbanov Avropa Konfrans Liqasının III təsnifat mərhələsində AEL ilə oyun öncəsi fikirlərini bildirib:

 

"Çox maraqlı komanda ilə oyuna hazırlaşırıq. Rəqibimiz geniş heyətə malikdir və fərdi ustalığı güclü olan futbolçuları var. Bununla yanaşı, kollektiv oyuna üstünlük verirlər. Belə komandalara qarşı oynamaq maraqlıdır. Bu matçda daha çox düşünmək, diqqətli və məsuliyyətli olmaq lazımdır. İnanıram ki, bu günlərdə oyunçularımıza rəqibi maksimum şəkildə aydınlatmışıq. Futbolçular oyuna tam hazırdırlar. Meydanda ən yaxşısını etməyə çalışacağıq".

 

Paylaş

// pop up