Qurban Qurbanov: "Futbolçular sabah meydanda daha istəkli olacaqlar"

single-news
28 Avq 2019

Qurban Qurbanov: "Futbolçular sabah meydanda daha istəkli olacaqlar"



"Qarabağ"ımız UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab matçında Şimali İrlandiyanın "Linfild" klubunu qəbul edəcək. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında öz fikirlərini bildirib:

"Vacib oyuna çıxacağıq. Rəqibin nə qədər istəkli olduğunu tam başa düşürük. Buna görə də oyuna həddən artıq ciddi hazırlaşmışıq. Futbolçular sabah meydanda daha istəkli olacaqlar və ən yaxşısını etməyə çalışacaqlar. Sabah hamının diqqəti oyunda olacaq. Lazım olan nəticəni əldə etmək üçün ən yaxşı oyunlarını göstərəcəklər".

Paylaş

// pop up