Qurban Qurbanov: "Futbolçular sona qədər səbirli davrandı"

16 Apr 2021
Qurban Qurbanov: "Futbolçular sona qədər səbirli davrandı"
Premyer Liqanın 23-cü turunda “Qarabağ” səfərdə “Səbail”lə qarşılaşıb. 1:1 hesablı heç-heçə ilə bitən qarşılaşmadan sonra komandamızın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında iştirak edib.
“Oyunun əvvəlində 2 itki ilə üzləşdik. Belə bir meydanda müdafiə futbolu oynayan komanda ilə matçda 1 xal qazandıq. Sona kimi öz oyunumuzdan çıxmadıq. “Səbail”i təbrik edirəm. Hər oyuna istəkli çıxırlar. Futbolçularımı da təbrik edirəm. Sona qədər səbirli davrandılar və 1 xal qazandılar”.