Qurban Qurbanov: “Futbolçular sonadək çalışdılar”
4 Okt 2025
Qurban Qurbanov: “Futbolçular sonadək çalışdılar”
Misli Premyer Liqasının VII turunun “Qarabağ” – “Kəpəz” oyunundan (1:0) sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis matç barədə fikirlərini bildirib:
“Azər Bağırova uğurlar arzulayıram. Futbolçularımı təbrik edirəm. Çox vacib qalibiyyət idi. Oyunun keyfiyyəti aşağı idi. Matç tez-tez dayandığı üçün temp də yüksək deyildi. Daha istəkli olmaq lazım idi. Futbolçular sonadək çalışdılar ki, qalibiyyət üçün hər şey etsinlər. Bu üç xal çox vacib idi. Daha sürətli oynamağa ehtiyac var. Avropadakı oyunlarla bu matçlardakı sürətdə çox fərq var. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm”.
