Qurban Qurbanov: "Futbolçulara irad bildirmək istəmirəm"

single-news
29 Apr 2021

Qurban Qurbanov: "Futbolçulara irad bildirmək istəmirəm"



"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun yarımfinal mərhələsində "Sumqayıt"la keçirilən matçdan sonra mətbuat konfransında çıxış edib.

 

Baş məşqçimiz oyunla bağlı bunları deyib:

 

“Sumqayıt”ı təbrik edirəm. Maraqlı oyun alındı. Son vaxtlarda çox yüklənmişik. Futbolçulara irad bildirmək istəmirəm. Qarşıda vacib oyunlarımız var. Komandanı bu matçlara hazırlamalıyıq”.

Paylaş