Qurban Qurbanov: "Futbolçularda oyun intizamı gördüm"

single-news
2 Fev 2020

Qurban Qurbanov: "Futbolçularda oyun intizamı gördüm"



Azərbaycan Premyer Liqasının XV turunda "Qarabağ"ımız səfərdə "Səbail"i 1:0 hesabıyla məğlub edib. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:

 

"Vacib 3 xal qazandıq. İlk oyunlarda həmişə tam istədiyini meydanda görmək çətin olur. Futbolçularda oyun intizamı gördüm. Təmkinli oynadılar. Bizim üçün o qədər də asan olmadı. Sonda vacib olan 3 xalı qazandıq".

Paylaş