Qurban Qurbanov: "Futbolçularım çox istəkli idilər"
24 Sen 2018
Qurban Qurbanov: "Futbolçularım çox istəkli idilər"
"Qarabağ"ımız Azərbaycan Premyer Liqasının V turunda "Qəbələ"ni 4:1 hesabıyla məğlub edib. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:
"Çox vacib qələbə qazandıq. Hər üç gündən bir oyun keçiririk, buna görə də heyətdə rotasiya etmişdik. Futbolçularım çox istəkli idilər. Düşünürəm ki, azarkeşlər yaxşı futbol izlədilər".
