Qurban Qurbanov: “Futbolçularım sonadək mübarizə apardılar”

single-news
15 Mar 2024

Qurban Qurbanov: “Futbolçularım sonadək mübarizə apardılar”



UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Bayer” – “Qarabağ” matçından (3:2) sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis qarşılaşma barədə fikirlərini açıqlayıb:

 

“Futbolçularıma təşəkkür edirəm. Məğlub olsaq da, çox ağır oyunda futbolçularım sonadək mübarizə apardılar. Bizim gözəl azərbaycanlı azarkeşlərimizə təşəkkür edirəm. 3 min azarkeş bu gün bizimlə oldu. Komandaya böyük güc və arxa oldular. Xabi Alonsonu təbrik edirəm ki, növbəti mərhələyə keçdilər. Həm rəqibə, həm də özümüzə uğurlar arzulayıram”.

 

Qurbanov Avropa Liqasında iştirakın böyük təcrübə olduğunu qeyd edib: “Bu turnirdə keçirdiyimiz matçlar bizim üçün böyük təcrübə oldu. Avropa  futbolunun hansı səviyyədə olduğunu gördük. Belə rəqiblərə qarşı fiziki cəhətdən hazırlıqlı olmalıyıq. Belə oyunlarda bir səhv, qırmızı vərəqə nəticəyə təsir edir. Futbolçular rəqibdən çəkinmədilər, istəkli oldular. Bu da mənim üçün vacib idi”.

Paylaş