Qurban Qurbanov: “Futbolçularım yaxşı mövsüm keçirdilər”

single-news
31 May 2025

Qurban Qurbanov: “Futbolçularım yaxşı mövsüm keçirdilər”



Azərbaycan kubokunun finalında keçirilən “Qarabağ” - “Sabah” (2:3) oyunundan sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis matç barədə fikirlərini açıqlayıb:

 

“Sabah”ı təbrik edirəm, qarşıdakı avrokuboklarda onlara uğurlar arzulayıram. Futbolçularıma təşəkkür edirəm. Yaxşı mövsüm keçirdilər. Bizim üçün ən gərgin alınan mövsümlərdən biri oldu. Hər bir futbolçudan razı qaldım. Bu gün möhtəşəm atmosfer var idi. Məncə, bütün matçlarda belə atmosfer yaransa, futbolçular daha həvəsli və keyfiyyətli olarlar”.

Paylaş

// pop up