Qurban Qurbanov: "Futbolçularım yaxşı mübarizə apardı"

4 Fev 2018
Qurban Qurbanov: "Futbolçularım yaxşı mübarizə apardı"
Bu gün “Qarabağ”ımız Antalyada qış təlim-məşq toplanışı zamanı sonuncu yoxlama oyununu keçirib. Komandamız “Mladost”la 1:1 hesablı heç-heçə edib. Baş məşqçimiz Qurban Qurbanov oyunsonrası öz fikirlərini bildirib.
“Pis oyun keçmədi. 27 gündür burdayıq, futbolçularda yüklənmə var. Bu da normal haldır. Futbolçularım yaxşı mübarizə apardı, səhvlərimiz oldu. Yoxlama oyunları da səhvlərimizi görüb aradan qaldırmaq üçündür. Zamanla bu səhvlər də zamanla düzələcək”.