Qurban Qurbanov: "Futbolçularıma təşəkkür edirəm"

single-news
11 Dek 2017

Qurban Qurbanov: "Futbolçularıma təşəkkür edirəm"



"Qarabağ"ımız ölkə kubokunun 1/4 final mərhələsinin ilk matçında "Sumqayıt"ı doğma meydanda 2:1 hesabıyla məğlub edib.

Komandamızın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib: ""Ağır oyun oldu. “Sumqayıt” matça çox yaxşı hazırlaşmışdı. Komandamın yorulduğunu bu gün tam hiss etdim. Bununla belə, futbolçularıma təşəkkür edirəm. Lazım olan anda sürəti artırdılar. Kubok görüşləri fərqlənir. “Sumqayıt” da bunu bizə hiss etdirməyi bacardı. Cavab matçı var, həmin görüşün daha ağır olacağını təsəvvür edirəm. Az vaxtımız olsa da, futbolçuları həmin qarşılaşmaya hazırlamağa çalışağıq"

Paylaş

// pop up