Qurban Qurbanov: "Futbolçularıma təşəkkür edirəm"
Qurban Qurbanov: "Futbolçularıma təşəkkür edirəm"
Bu gün Avropa Liqasının qrup mərhələsinin son turunda "Qarabağ"ımız səfərdə "Arsenal"a 0:1 hesabıyla məğlub olub. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:
"Bu gün futbolçularımdan razı qaldım, onlara təşəkkür edirəm. "Arsenal" qrup mərhələsinin bütün oyunlarında çox yaxşı çıxış etdi və hər kəsdən üstün oynadı. Ümumilikdə, bəli, "Qarabağ" və "Sportinq" güc fərqində bir addım öndəydi, bəlkə də bir az daha yaxşı nəticələr qazana bilərdik. Bugünkü heyəti isə "Arsenal"ın gələcəyidir və rəqibimiz daim gənc oyunçulara şans verməklə seçilib. Bu gündə onlar "Arsenal"ın gələcəyinin güclü olduğunu göstərdilər".
Oyun zamanı qondarma bayraqla meydana daxil olan azarkeş haqda verilən suala isə baş məşqçimiz belə cavab verib:
"Bu haqda çox danışmaq istəmirəm, sadəcə qorxaqlar belə hərəkət edirlər. Bu hərəkəti edən adam qorxub sonra qaçmamalıydı, qorxaqlar bir addım atıb, sonra isə qaçırlar".