Qurban Qurbanov: "Futbolçularımın yanındayam"

single-news
1 May 2019

Qurban Qurbanov: "Futbolçularımın yanındayam"



Bu gün "Qarabağ"ımız Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyununda evdə "Qəbələ"ylə(2:1) qarşılaşıb.

Komandamızın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikilərini bildirib:

"Rəqibi təbrik edirəm. Hər zaman demişəm ki, kubok oyunları çempionatdan fərqlənir. Düşünürəm ki, futbolçularım yaxşı oynadılar. Bir epizodda diqqətsizliyə yol verdik və qapımızda qol gördük.Uşaqlar qalib gəlmək üçün çalışdılar. Məğlub olmağı da bacarmaq lazımdır. Futbolçularımın yanındayam".

Paylaş