Qurban Qurbanov: "Futbolçularımız bu oyunda çox şey qazandılar"
10 Apr 2022
Qurban Qurbanov: "Futbolçularımız bu oyunda çox şey qazandılar"
Komandamız Premyer Liqanın 22-ci turunda səfərdə "Sumqayıt"ı 3:0 hesabı ilə məğlub edib. Oyundan sonra baş məşqçimiz Qurban Qurbanov qələbəni şərh edib:
"Bu şəhərdə oynamaq həmişə bizim üçün xoşdur. "Sumqayıt"ın özəl azarkeşləri var. Bura böyük böyük istək və ehtiyatla gəlirik. Rəqibin son 6 oyunda qələbəsi yox idi. Gözləyirdik ki, istəksiz olarlar, amma ilk dəqiqələrdən əksini gördük. Hesab 3:0 olsa da, yaxşı dinamika oldu. Futbolçularımız bu oyunda çox şey qazandılar. Bu gün Sumqayıta xeyli azarkeşimiz gəlmişdi. Fürsətdən istifadə edib, onlara möhtəşəm dəstəkləri üçün təşəkkür edirəm".
