Qurban Qurbanov: "Futbolçularımızı təkcə qələbəyə yox, xarakterə görə təbrik edirəm"

single-news
10 Fev 2019

Qurban Qurbanov: "Futbolçularımızı təkcə qələbəyə yox, xarakterə görə təbrik edirəm"



"Qarabağ"ımız Azərbaycan Premyer Liqasının XVI turunda səfərdə "Sumqayıt"ı 2:0 hesabıyla məğlub edib. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:

 

"Futbolçularımızı təkcə qələbəyə yox, xarakterə görə təbrik edirəm. Çətin səfər oyunu idi. Burada futbol adına həm meydan, həm də azarkeşlər baxımından hər şey xoş idi. İkinci qola qədər oyunun sürəti aşağı düşmədi. Hər iki komanda xal qazanmağa çalışırdı. Çox vacib qələbə qazandıq".

Paylaş