Qurban Qurbanov: "Futbolçularımızın yanında olmalıyıq"

single-news
20 Sen 2020

Qurban Qurbanov: "Futbolçularımızın yanında olmalıyıq"



"Qarabağ"ımız Azərbaycan Premyer Liqasının III turunda "Neftçi"yə 1:2 hesabı ilə məğlub olub. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib: 

 

"Məğlub olduq, ilk hissəni yaxşı keçirdik, sadəcə ikinci hissə vəziyyət bir az fərqli oldu. Situasiya bəllidir, sadəcə bundan sonrakı diqqətimiz futbolçuları daha yaxşı vəziyyətə gətirməkdir. Bizdən və rəhbərlikdən çox şey asılıdır. Futbolçularımızın yanında olmalıyıq. Bu gün də komandamıza inanırıq. Qarşıdakı oyunlarda daha yaxşı olacağıq. Buna həm məcburuq, həm də potensialımız var. Rəqibi təbrik edirəm, vacib qələbə qazandılar. Çempionat təzə başlayıb, görünür ki, gərgin mübarizə olacaq. İndi futbolçuların yanında olub, bu uğursuzluğu aradan qaldırmalıyıq".

Paylaş