Qurban Qurbanov: "Futbolçularımla fəxr edirəm"

31 Avq 2018
Qurban Qurbanov: "Futbolçularımla fəxr edirəm"
"Qarabağ"ımız Avropa Liqasının pley-off mərhələsinin cavab matçında "Şerif"i 3:0 hesabıyla məğlub edərək IV dəfə qrup mərhələsinə vəsiqə qazanıb. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:
"Futbolçularıma təşəkkür etmək istəyirəm. Həqiqətən qələbə qazanmaq üçün sona qədər əzmkarlıq nümayiş etdirdilər, xarakter göstərdilər. Futbolçularımla fəxr edirəm.Bu oyuna hazırlaşmaq bizim üçün çətin idi, hamımız nəticə haqda düşünürdük. Bu gün çox yaxşı oynadıq, bacardığımızı meydanda etdik. Klub rəhbərliyini, azarkeşlərimizi qələbə münasibəti ilə təbrik edirəm. Rəqib haqda nəsə danışmağa ehtiyac yoxdur, onlara uğurlar arzu edirəm"