Qurban Qurbanov: "Futbolçuların motivasiyası məni həddən artıq razı saldı"

single-news
26 İyn 2021

Qurban Qurbanov: "Futbolçuların motivasiyası məni həddən artıq razı saldı"



2021/2022 mövsümünün hazırlıqlarını Bakıda davam etdirən "Qarabağ" "Azersun Arena"da "Keşlə"ni qəbul edib və 7:0 hesabı ilə qalib gəlib. Matçdan sonra baş məşqçimiz Qurban Qurbanov oyunu şərh edib:

 

"Hesabdan daha çox, ümumi oyun məni daha çox maraqlandırırdı. Komandanı düşündüyümüzdən daha yaxşı gördüm. Çünki 10 gün idi ki, fiziki məşqlər həddən artıq çox idi. Bu gün meydanda daha sərbəst, daha rahat​ oynayan komanda gördüm. Futbolçuların oyundakı motivasiyası məni həddən artıq razı saldı. Həddən artıq diqqətli idilər. Bəzi kiçik problemlərimiz var, onu da tez bir zamanda aradan qaldıracağıq. Amma​ birinci mikrotsikldən razı qaldım".

Paylaş

// pop up