Qurban Qurbanov `Galatasaray TV`yə nələr danışdı?
Qurban Qurbanov `Galatasaray TV`yə nələr danışdı?
`Qarabağ`ımızın baş məşqçisi Qurban Qurbanovun `Qalatasaray`ın düşərgəsində olduğunu xəbər vermişdik. `Sarı-qırmızı`ların məşqlərini izləyən çalışdırıcımız qardaş ölkədə diqqət mərkəzindədir. Belə ki, İstanbul klubunun televiziyası `Galatasaray TV` Qurban müəllimdən müsahibə götürüb. İlk olaraq baş məşqçimizin niyə məhz `Qalatasaray`ı seçməsi barəsində fikirləri öyrənilib. Qurban müəllim `Qalatasaray`a olan rəğbətiylə yanaşı bu komandanın və baş məşqçisi Frank Riykardın oyun fəlsəfəsini bəyəndiyini bildirib. Bu səbəbdən `Qalatasaray`ın seçdiyini ifadə edib. Müxbirin `Qalatasaray`ı canlı görüntüsündən nə hisslər keçirməsi ilə bağlı isə Qurban müəllim `Qalatasaray`ın həqiqətən də yaxşı komanda olduğunu və məşqlərdə bunun fərqinin bilindiyini vurğulayıb.
Jurnalist eyni zamanda hal-hazırda `Bakı` klubunun uğurları üçün çalışan, `böyük kapitan` ləqəbli Bülent Korxmaz haqqında da soruşub. Qurban müəllim Qorxmazın fəaliyyətini başarılı hesab edirsinizmi sualına belə cavab verdi:` Təbii ki, Bülent Qorxmaz futbolda öz sözünü demiş birisidir. Bülent hoca az zamanda böyük işlər görüb. İkinci yarıda daha yaxşı olacaqlar.`
`GS`-lı müxbir sonda `Qarabağ`ımızın çalışdırıcısına uğurlar arzulaylıb.