Qurban Qurbanov: “Get-gedə oyunumuz daha keyfiyyətli olur”
12 Avq 2025
Qurban Qurbanov: “Get-gedə oyunumuz daha keyfiyyətli olur”
Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qarabağ” - “Şkendiya” matçının (5:1) ardından baş məşqçimiz Qurban Qurbanov fikirlərini açıqlayıb. Təcrübəli mütəxəssis oyunsonrası mətbuat konfransında qarşılaşmanı dəyərləndirib:
“Futbolçularımı təbrik edirəm. Çox vacib qalibiyyət əldə etdik. Yaxşı oyun oldu. Rəqibin baş məşqçisi və futbolçuları özlərini çox intizamlı, alicənab apardılar. Azarkeşlərimizə təşəkkür edirəm. Əsl futbol ab-havası var idi. Get-gedə oyunumuz daha keyfiyyətli olur, futbolçular bir-birilərini başa düşürlər. Normal prosesdir. Daha da artığını etməli və düşünməliyik. Çünki daha keyfiyyətli, bacarıqlı rəqiblər gəlir”.
