Qurban Qurbanov hakimlərdən gileyləndi (fanat.az, 01-02-2009)
Qurban Qurbanov hakimlərdən gileyləndi (fanat.az, 01-02-2009)
"Hətta oyunu izləyən Ukrayna Hakimlər Komitəsinin üzvü də həmyerlilərindən narazı qaldı"
Fanat: Dünən Ukraynanın "Zarya" klubuna minimal hesabla (0:1) yenilən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov matçın hakimlərindən narazı qalıb. Fanat.az xəbər verir ki, baş məşqçi ukraynalı hakimlərin görüşü birtərəfli idarə etdiyini deyib.
"Düzdü, nəticə yenə istədiyimiz kimi alınmadı. Heç vaxt hakimlikdən danışmaqdan xoşum gəlmir. Amma Ukraynalı hakimlər bizə açıq-aşkar mane olurdu. Hətta oyunu izləyən həmin ölkənin Hakimlər Komitəsinin üzvü də həmyerlilərindən narazı qaldı. Amma yenə də deyirəm, bizi hakimlik maraqlandırmır. Premyer-Liqada belə oynasaq, demək istədiyimiz nail olarıq. Özəlliklə, ikinci yarıdakı mücadilədən razı qaldım. Yenilərin komandaya uyğunlaşdığı hiss olunur. Amma oyunumuzu nəticəyə çevirməyi bacarmalıyıq. Heç nədən qapımızda qol gördük. Hazırlıq oyunlarında baş verən səhvlər nəticə çıxarmaq üçündür", - deyə Qurbanov klubun rəsmi saytına açıqlamasında bildirib.