Qurban Qurbanov: "Hamımız bir olmalıyıq"

Qurban Qurbanov: "Hamımız bir olmalıyıq"
"Qarabağ"ımız Azərbaycan Premyer Liqasının VII turundan təxirə salınmış matçda səfərdə "Keşlə"ylə 1:1 hesablı heç-heçə edib. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:
"Qələbə üçün gəlmişdik, alınmadı. Oyun planımızda bir az çətinlik oldu. Belə meydanda oynamaq da çətindir. Heyətdə müəyyən dəyişikliklər var. Maksim məşqdə zədələnmişdi, Donald da zədəli idi. Futbolçular çox əziyyət çəkdi, yorğunluq hiss olunur.
Əvvəllər də belə situasiya ilə rastlaşmışıq. Amma məğlubiyyətləri düzgün qəbul edərək bu səviyyəyə çatmışıq. Hamımız bir olmalıyıq. İçəridəki problemləri görürəm. İnsan yorğun olan zaman istədiyini edə bilməyəndə psixoloji yorğunluq yaranır. Təcrübəli komandayıq, başqa çıxış yolumuz da yoxdur. Yorğun da olsaq, bu qrafikə uyğunlaşmalı və qələbə üçün daha çox əziyyət çəkməliyik".