Qurban Qurbanov: "Hamımız qələbə qazanmaq istəyirdik"

single-news
22 Noy 2019

Qurban Qurbanov: "Hamımız qələbə qazanmaq istəyirdik"



"Qarabağ"ımız Azərbaycan Premyer Liqasının XII turunda səfərdə "Sumqayıt"a 1:2 hesabıyla məğlub olub. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib: 

"Rəqibi təbrik edirəm. Neçə oyun idi uduzmurduq, bu, baş verməli idi. Məğlubiyyəti gözləyirdim, ancaq bunu futbolçulara bildirmirdim. Hazırda futbolçuların üzərinə çox getməyəcəm. Son zamanlarda bəzi epizodlar var ki, komandayla təhlil edirik. İki fərqli hissə oldu. Qola kimi həddindən artıq top itkilərinə yol verdik."Sumqayıt" da aktivliyini artırdı. Çox nüanslar gətirmək olar, sadəcə məğlub olmuşuq və bunu qəbul edirəm. Son zamanlarda komandanı tam formalaşdıra bilmirəm. Zədəlilər var, biri sağalır, biri zədələnir. Hər bir halda, bunlara hazır olmalıyıq. İnanmıram ki, fikrimiz "Sevilya"da olsun. Hamımız qələbə qazanmaq istəyirdik.

Son zamanlarda hücumçularımız çox zədələnir. Bu mövqedə problemlər olur. Bu gün ümumiyyətlə 1:2-dən sonra Dani Kintananı da buraxa bilərdim, ancaq risk etmək istəmədim. Futbolçuları qorumağa çalışdım. Məğlubiyyəti tez bir zamanda yaddan çıxarmalıyıq. Böyük komandayıqsa, belə məğlubiyyətləri tez unutmalıyıq. Düşünürəm ki, problem olmayacaq. Hazırda əsas olan futbolçuların tam formasını qorumaqdı".

Paylaş