Qurban Qurbanov: "Heç də asan oyun olmadı"

12 Sen 2020
Qurban Qurbanov: "Heç də asan oyun olmadı"
Bu gün Azərbaycan Premyer Liqasında II turunun matçında "Qarabağ"ımız səfərdə "Keşlə" ilə 0:0 hesablı heç-heçə edib. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında fikirlərini bildirib:
"Heç də asan oyun olmadı. Qalib gəlmək istəyirdik, 1 xal qazandıq. Futbolçular çox əziyyət çəkdilər. Motivasiyası yuxarı olan komandaya qarşı oynadıq. Hər bir futbolçumuzla sərt oynayırdılar. Bu, məni sevindirdi. Uzun müddətdən sonra istədiyimiz oyunu göstərməkdə çətinlik çəkirdik. Bu oyunu burda saxlayıb, qarşıdakı matçlara hazırlaşmalıyıq. 5 gün sonra “Molde” ilə oynayacağıq. Ümid edirəm ki, həmin matçda daha yaxşı formada olacağıq".