Qurban Qurbanov: "Heç kim uduzmaq istəmirdi"

single-news
1 Apr 2018

Qurban Qurbanov: "Heç kim uduzmaq istəmirdi"



Bu gün Azərbaycan Premyer Liqasının XXI turunda "Qarabağ"ımız "Keşlə"ylə 1:1 hesablı heç-heçə edib. Baş məşqçimiz Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:

 

"Açığı, bir az çətin oyun olacağını gözləyirdim. Komandamıza görə narahat idim. Oyunçuların həm millidə, həm burda olmasından narahat idim. Maraqlı qarşılaşma alındı. Hakimin son fitinə kimi sürət var idi. Mübarizə, qırmızı vərəqə, sürətli oyun. Hər şey var idi. Heç kim uduzmaq istəmirdi. Düşünürəm ki, ədalətli nəticə oldu". 

Paylaş

// pop up