Qurban Qurbanov: "Həm birinci, həm də ikinci hissədə meydanda olan futbolçular çox istəkliydilər"

17 Yan 2018
Qurban Qurbanov: "Həm birinci, həm də ikinci hissədə meydanda olan futbolçular çox istəkliydilər"
“Qarabağ”ımız ilk yoxlama oyununda Rusiyanın “Kuban” klubuyla 2:2 hesablı heç-heçə edib. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyun haqda öz fikirlərini bildirib:
“Açığı, belə sürətli oyun gözləmirdim. Həm birinci, həm də ikinci hissədə meydanda olan futbolçular çox istəkliydilər. Düzdür, səhvlər var idi, amma bunu normal qarşılayıram. Ümumən oyundan razı qaldım, düşündüklərimi meydanda göstərməyə çalışdılar. Hər bir futbolçu meydanda özünü yaxşı tərəfdən göstərməyə çalışdı”.