Qurban Qurbanov: "Həm də yaxşı oyunla qalib gəldik"

single-news
13 Apr 2019

Qurban Qurbanov: "Həm də yaxşı oyunla qalib gəldik"



Bu gün "Qarabağ"ımız Azərbaycan Premyer Liqasının XXIV turunda "Sabah"ı 3:0 hesabıyla məğlub edib. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikilərini bildirib:

"Futbolçularımı təbrik edirəm. Vacib qələbə oldu. Həm də yaxşı oyunla qalib gəldik. Bundan əvvəlki oyunlarda rəqibə qalib gələ bilmirdik. Bu gün hesab 3:0 olsa da, "Sabah" pis oynamadı. Elşad Əhmədovu təbrik edirəm. Oyundan oyuna daha yaxşı olurlar. Sona az qalıb. Hər matç daha çətin olacaq. Bütün görüşlər məsuliyyət tələb edir".

Paylaş