Qurban Qurbanov: "Hər halda xalımızın üstünə bir xal gəldi"

19 Okt 2019
Qurban Qurbanov: "Hər halda xalımızın üstünə bir xal gəldi"
Azərbaycan Premyer Liqasının VIII turunda "Qarabağ"ımız səfərdə "Qəbələ" ilə 1:1 hesablı heç-heçə edib. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:
"Fasilədən sonra ilk oyunumuzda qalib gəlmək istəyirdik. Amma alınmadı. Hər halda xalımızın üstünə bir xal gəldi. Daha dəqiq oynamağa çalışmalı idik. Futbolçularımdan razı qaldım. 7 qələbədən sonra deməzdim oyuna ciddi hazılaşmamışdılar, amma görmədiyimiz anlar ola bilsin var idi. "Qəbələ" son turlar istəkli çıxış edirdi. Rəqibi təbrik edirəm".