Qurban Qurbanov: "Hər iki hissədə xeyli qol epizodlarımız oldu" - VİDEO

single-news
5 Avq 2021

Qurban Qurbanov: "Hər iki hissədə xeyli qol epizodlarımız oldu" - VİDEO



Baş məşqçimiz Qurban Qurbanovun AEL ilə oyundan (1:1) sonra keçirilən mətbuat konfransında fikirləri:

 

"Çox yaxşı mübarizə getdi. Meydanda iki xarakterli komanda var idi. Bəlkə də hər iki komanda uduzmamağı haqq edirdi. Öz futbolçularıma təşəkkür edirəm. Hər iki hissədə xeyli qol epizodlarımız oldu, istifadə edə bilmədik. Futbolçular sonadək mübarizə apardılar. Qarşıda cavab oyunu var. Bu hesab hələ heç nə demək deyil. Bakıdakı oyunda hər iki komandaya qələbə lazım olacaq. Ona görə də maraqlı qarşılaşma olacağına inanıram. Hər iki komandanın futbolçularına uğurlar arzu edirəm".

 

Paylaş

// pop up