Qurban Qurbanov: "Hər iki komanda ən yaxşı oyunlarından birini keçirdilər"

27 Apr 2018
Qurban Qurbanov: "Hər iki komanda ən yaxşı oyunlarından birini keçirdilər"
Azərbaycan Premyer Liqasının XXV turunda "Qarabağ"ımız səfərdə "Zirə"ni 2:1 hesabıyla məğlub edib. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:
"Maraqlı oyun oldu. Hər iki komanda ən yaxşı oyunlarından birini keçirdilər. Futbolçularımı təbrik edirəm. Rəqibə qarşıdakı oyunlarda uğurlar arzulayıram. Düzdü, bu komanda son vaxtlar o qədər də yaxşı nəticələr qazanmır. Ancaq düşünürəm ki, bu komanda məğlub olduqları bir çox oyunda yaxşı futbol sərgiləmişdilər. Bu cür hallar digər komandalarda da olur".