Qurban Qurbanov: "Hər iki komanda epizodlarda ehtiyat edirdi"

single-news
8 Fev 2020

Qurban Qurbanov: "Hər iki komanda epizodlarda ehtiyat edirdi"



"Qarabağ"ımız Azərbaycan Premyer Liqasının XVI turunda "Neftçi"ylə 0:0 hesablı heç-heçə edib. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:

 

"Gərgin oyun oldu. Buna baxmayaraq, bəzi nüanslar var idi. Hava şəraitinin də təsiri oldu. Hər iki komanda epizodlarda ehtiyat edirdi. Hər iki komanda intizamını göstərdi. Bu da çox önəmlidi. Füzuli Məmmədova uğurlar arzulamaq istəyirəm. Onun bu təyinatına sevindim, işgüzar, tələbkar insandı. Hər iki komanda bu gün 1 xal qazandı. Ədalətli nəticə elə bərabərlik idi".

Paylaş

// pop up