Qurban Qurbanov: "Hər şey istədiyimiz kimi alındı"

single-news
15 Fev 2020

Qurban Qurbanov: "Hər şey istədiyimiz kimi alındı"



Azərbaycan Premyer Liqasının XVII turunda "Qarabağ"ımız səfərdə "Zirə"ni 6:0 hesabıyla məğlub edib. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:

 

"Futbolçularımı təbrik edirəm. İlk dəqiqələrdən çox istəkli idilər. Matçın startından yaxşı hücumlarımız oldu. Hər şey istədiyimiz kimi alındı. Bu qədər qol olacağını düşünmürdük. Ancaq bəzən belə hallar olur. Hər bir halda, “Zirə”dən ehtiyatlanırdıq. Son oyunumuzda heç-heçə qeydə alınmışdı. İlk dəqiqələrdən hiss olundu ki, yaxşı hazırlaşmışıq. Vacib 3 xal qazandıq".

Paylaş