Qurban Qurbanov: "Hər sonrakı çempionluq bizim üçün daha əziz olur"

single-news
5 May 2019

Qurban Qurbanov: "Hər sonrakı çempionluq bizim üçün daha əziz olur"



Bu gün "Qarabağ"ımız Azərbaycan Premyer Liqasının XXVII turunda evdə "Səbail"i 4:0 hesabı ilə məğlub edərək çempionluğunu rəsmiləşdirib.

Komandamızın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikilərini bildirib:

"İlk öncə futbolçularımızı, rəhbərliyimizi, azarkeşlərimizi təbrik etmək istəyirəm. Sonadək bizimlə oldular. Hər şey sonda bizim üçün uğurlu oldu ki, buna görə şadam. Liderliyi ələ keçridik, sonadək qoruduq. Aftandil Hacıyevi də təbrik etmək istəyirəm ki, ilk medalı və avrokuboklara vəsiqəni qazandığı üçün. Az bir müddətdə çox iş gördülər. İstədiyiniz nöqtəyə çatmaqdan daha çətin orada qalmaqdır. Titul qorumaq daha çətindi. Hər sonrakı çempionluq bizim üçün daha əziz olur. Çünki hər il əziyyət çəkirik. Hamını razı salmaq lazımdır".

Paylaş