Qurban Qurbanov: "Heyətdə bəzi dəyişikliklər etmişdik"

single-news
18 Avq 2018

Qurban Qurbanov: "Heyətdə bəzi dəyişikliklər etmişdik"



Bu gün "Qarabağ"ımız Azərbaycan Premyer Liqasının II turunda səfərdə "Səbail"i 2:0 hesabıyla məğlub etdi. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib: 

“Futbolçularımı təbrik edirəm. Heyətdə bəzi dəyişikliklər etmişdik. Buna baxmayaraq, pis oyun alınmadı. Komanda nəticəyə oynamağa bacardı. "Səbail"ə uğurlar arzulayıram. Bir neçə gün Avropa Liqasında bizi ağır oyun gözləyir. "Şerif"lə tanış olmuşam. Oyunlarına baxmışıq. Asan olmayacaq. Hər iki komanda qrup mərhələsi üçün mübarizə aparacaq. Çalışacağıq ki, oyuna düzgün hazırlaşaq". 

Paylaş