Qurban Qurbanov: "Hücum xəttimiz çox güc sərf etdi"

11 Apr 2021
Qurban Qurbanov: "Hücum xəttimiz çox güc sərf etdi"
"Qarabağ" Premyer Liqanın 22-ci turunda "Azərsun Arena"da "Sumqayıt"ı 4:1 hesabı ilə məğlub edib. Oyundan sonra keçirilən mətbuat konfransında komandamızın baş məşqçisi Qurban Qurbanov qələbəni şərh edib:
“Futbolçularımı təbrik edirəm. Dinamik komandaya qarşı mübarizə apardıq. Meydana tam hazır olan futbolçuları buraxmışdıq. Hücum xəttimiz çox güc sərf etdi. Bu səbəbdən Ovusu, Ozobiç və Zubiri tez əvəzlədik. Ümid edirəm ki, zədəli futbolçularımız da tez sağalar”.