Qurban Qurbanov: "İlk turlarda görüşdüyümüz ən çətin rəqiblərdən biri idi"

single-news
18 İyl 2019

Qurban Qurbanov: "İlk turlarda görüşdüyümüz ən çətin rəqiblərdən biri idi"



"Qarabağ"ımız Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab matçında "Dalğa Arena"da Albaniyanın "Partizani" klubunu 2:0 hesabıyla məğlub edərək II təsnifat mərhələsinə yüksəlib. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyun sonrası mətbuat konfransında öz fikirlərini bildirib: 


"Futbolçularıma təşəkkür edirəm. Bu gün çox səbrli oynadılar və lazım olan anda hücum etdilər. Düşünürəm ki, baxımlı oyun göstərdik. İlk turlarda görüşdüyümüz ən çətin rəqiblərdən biri idi. "Partizani" müdafiə olunmaqdan həzz alırdı və çox sürətli əks-hücumlar edirdi. Rəqibə də uğurlar arzulayıram. Azarkeşlərimizə isə bizi dəstəklədiyi üçün təşəkkür edirəm".

Paylaş