Qurban Qurbanov: "İnamımız çoxdur"

single-news
11 İyl 2022

Qurban Qurbanov: "İnamımız çoxdur"



Baş məşqçimiz Qurban Qurbanovun "Lex" ilə oyundan öncə mətbuat konfransında fikirləri:

"Çox vacib oyuna çıxacağıq. Bəlkə əvvəllər 3-cü turda bu cür rəqiblərlə qarşılaşırdıqsa, indi ilk oyundaca çox layiqli komanda düşdü. İlk oyunda rəqibin gücünü hiss etdik. Əvvəlki oyundan əvvəl də demişdim ki, yaxşı komandaya qarşı oynayırıq. Bu gün eyni sözləri deyirəm. Səfərdə uduzsaq da, inamımız çoxdur. İlk oyuna baxırıq, rəqibi daha yaxından tanımağa çalışırıq. Sabah meydanda düşüncəli komanda olmalıyıq. “Lex” istənilən dəqiqələrdə qol vura bilən komandadır. Çox yaxşı müdafiə olunurlar, topla yaxşı davranan futbolçuları var. Hər bir halda futbolçularıma inanıram, güvənirəm. Sabah meydanda çox düşüncəli komanda olmalıyıq. Çalışacağıq ki, azarkeşlərimizi sevindirək".
 

Paylaş